Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"Sonuncu respublikaçı prezident ola bilərəm" - Tramp

2 dəq
Paylaş:
"Sonuncu respublikaçı prezident ola bilərəm" - Tramp

ABŞ Prezidenti qarşıdan gələn aralıq seçkilərlə bağlı diqqətçəkən açıqlamalar verib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Tramp bu barədə "Punchbowl News" nəşrinə müsahibəsində danışıb.

Məlumata görə, o bildirib ki, noyabrın 3-də keçiriləcək aralıq seçkilərdə qalib gələrsə, ABŞ tarixində sonuncu respublikaçı ola bilər.

Trampın sözlərinə görə, Konqresin hər iki palatası – Nümayəndələr Palatası və Senatda siyasi balans dəyişməzsə, bu, Partiyasının hakimiyyətdən daha da uzaqlaşmasına səbəb ola bilər. Bununla yanaşı, o, partiyasının seçkilərdə qalib gələcəyinə inandığını da vurğulayıb.

Bundan əvvəl yayılan məlumatlarda isə bildirilirdi ki, Tramp qapalı görüşlərdə ABŞ-nin Vitse-prezidenti Cey Di Vensi özünün siyasi varisi kimi qiymətləndirib. O, donorları gələcək prezident seçkilərində Vensin namizədliyini dəstəkləməyə çağırsa da, hazırkı mərhələdə bu barədə danışmağın tez olduğunu qeyd edib.

Qeyd edək ki, 2026-cı ilin fevralında Nümayəndələr Palatasının spikeri Mayk Conson respublikaçıların aralıq seçkilərdə mümkün məğlubiyyətinin Trampın siyasi dövrünün sonu ola biləcəyi barədə xəbərdarlıq etmişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax