Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ mediası: İranın coğrafi üstünlüyü Hörmüz boğazında əsas amildir

2 dəq
Paylaş:
ABŞ mediası: İranın coğrafi üstünlüyü Hörmüz boğazında əsas amildir

ABŞ-nin nüfuzlu "" jurnalı boğazının strateji əhəmiyyəti ilə bağlı yayımladığı analizdə İranın mövqeyinin bu mühüm su yoluna nəzarət baxımından ciddi üstünlük yaratdığını bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, nəşrin hesabatında ABŞ və bəzi regional ölkələrin Hörmüz boğazından asılılığı azaltmaq cəhdlərinə baxmayaraq, alternativ marşrutların məhdud imkanlara malik olduğu qeyd olunub.

Məlumata görə, dünya neft istehlakının təxminən beşdə biri və böyük həcmdə mayeləşdirilmiş təbii qaz (LNG) daşımaları məhz bu boğaz vasitəsilə həyata keçirilir. Səudiyyə Ərəbistanının "Şərq-Qərb" boru kəməri və BƏƏ-nin "Həbşan-Füceyrə" layihəsi kimi alternativlər isə mövcud ixrac həcmlərini tam əvəz etmək gücündə deyil.

Məqalədə vurğulanıb ki, İranın Hörmüz boğazının şimal sahillərində yerləşməsi, həmçinin raket sistemləri və pilotsuz uçuş aparatları kimi imkanları istənilən hərbi ssenaridə mühüm faktor hesab olunur. ABŞ-ın bölgədəki hərbi mövcudluğunun isə bu coğrafi reallıqları tam aradan qaldıra bilmədiyi bildirilib.

Qeyd olunub ki, qlobal təhlükəsizliyinin əsas nöqtələrindən biri olaraq qalır və regionda sabitliyin təmin olunması üçün geosiyasi reallıqların nəzərə alınması vacibdir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax