ABŞ və İsrail tərəfindən İranın enerji infrastrukturuna qarşı nəzərdə tutulan genişmiqyaslı bombardman planı artıq icra üçün tam hazırdır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Amerika, İsrail və Yaxın Şərqdəki mənbələrə istinadən "Axios" nəşri məlumat yayıb.
Vasitəçilər yaranmış vəziyyətdən ciddi narahatlıq keçirirlər.
Onların fikrincə, İranın bu hücumlara verəcəyi ehtimal olunan cavab tədbirləri aşağıdakı fəsadlara yol aça bilər:
- Fars körfəzi ölkələrinin neft obyektlərinə ziyan dəyməsi;
- Bölgədəki su təsərrüfatı infrastrukturunun dağılması.
Daha əvvəl "Axios" portalı ABŞ və İran arasında 45 günlük atəşkəs ehtimalının müzakirə edildiyini bildirmişdi.
Lakin mənbələr yaxın 48 saat ərzində hər hansı bir razılaşmanın əldə olunması şansının çox aşağı olduğunu vurğulayıblar.