BMT (Birləşmiş Millətlər Təşkilatı) Cənubi Sudandakı missiyasının ("UNMISS") səlahiyyət müddətini daha bir il artırmaq barədə qərar qəbul edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ tərəfindən irəli sürülən qətnamə layihəsi təşkilatın Təhlükəsizlik Şurasında səsverməyə çıxarılıb.
Rusiya və Çinin bitərəf qaldığı iclasda sənəd 13 lehinə səslə təsdiqlənib.
Qəbul edilmiş sənədə əsasən, "UNMISS"-in mandatı 30 aprel 2027-ci ilə qədər uzadılıb. Bu dövr ərzində missiya mülki əhalinin qorunması, humanitar yardımların çatdırılmasının asanlaşdırılması və sülh prosesinin dəstəklənməsi kimi mühüm vəzifələri icra edəcək. Həmçinin, insan hüquqları və beynəlxalq humanitar hüquq pozuntularının monitorinqi də diqqət mərkəzində saxlanılacaq.