Əsas məzmuna keç

Ukraynaya 50 milyardlıq proqram çərçivəsində ilk yardımın veriləcəyi tarix açıqlanıb

Ukraynaya 50 milyardlıq proqram çərçivəsində ilk yardımın veriləcəyi tarix açıqlanıb

50 milyard avro dəyərində “Ukraine Facility” proqramının ilk tranşı mart ayında Ukraynaya göndəriləcək. Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon...

50 milyard dəyərində “Ukraine Facility” proqramının ilk tranşı mart ayında Ukraynaya göndəriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Avropa sözünün üzərində dayanır. Biz ödənişlərə mart ayında başlamağı planlaşdırırıq”, - o qeyd edib.

Ursula fon der Lyayen bildirib ki, Avropa İttifaqı (Aİ) cəsur tərəfdaşına və gələcək üzvünə bundan sonra da lazımi maliyyə dəstəyi verəcək.

Qeyd edək ki, fevralın əvvəlində Aİ-nin sammitində Ukraynaya büdcə yardımının uzunmüddətli proqramı təsdiq edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…