Operativ Məlumat Mərkəzi

Ukraynanın xarici işlər naziri istefa verib

1 dəq
Paylaş:
Ukraynanın xarici işlər naziri istefa verib
bu barədə Ukrayna mətbuatı məlumat yayıb. “Ali Rada Ukraynanın xarici işlər naziri Dmitri Kulebadan istefa ərizəsi alıb. Ərizəyə növbəti plenar...

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba istefa verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

“Ali Rada Ukraynanın xarici işlər naziri Dmitri Kulebadan istefa ərizəsi alıb. Ərizəyə növbəti plenar iclaslardan birində baxılacaq”, - Ali Radanın sədri Ruslan Stefançuk sosial şəbəkə hesabında paylaşım edib.

Ötən gün bir sıra nazirlər də istefa ərizəsi verib.

“Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışin, ədliyyə naziri Denis Malyuska, ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Ruslan Strelets və Dövlət Əmlak Fondunun sədri Vitali Koval istefa ərizələrini Ali Radaya təqdim ediblər. Bütün müraciətlərə növbəti plenar iclaslardan birində baxılacaq”, - R.Stefançuk ötən gün bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər