Ukraynanın gəmi əleyhinə “Neptun” raketi Qara dəniz üzərində Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Dünən gecə Kiyev rejiminin təyyarə tipli PUA-lardan və “Neptun” gəmi əleyhinə raketindən istifadə etməklə Rusiya Federasiyası ərazisindəki hədəflərə qarşı terror hücumları həyata keçirmək cəhdlərinin qarşısı alınıb”, - deyə Müdafiə Nazirliyindən bildirilib.
Gəmi əleyhinə raketdən əlavə, Rusiya zenitçiləri gecə ərzində Belqorod vilayətində iki PUA və Voronej vilayətində iki PUA daxil olmaqla, dörd Ukrayna pilotsuz təyyarəsini də vurublar.