Əsas məzmuna keç

Kiyevdə hərbi sənaye obyektləri vuruldu

Kiyevdə hərbi sənaye obyektləri vuruldu

Rusiya Müdafiə Nazirliyi “Antonov” və “Ukrspecsystems” zavodlarının məhv edildiyini açıqlayıb. Paytaxtda PUA və raket istehsalı mərkəzlərinə zərbə endirilib.

en ru

Ukraynanın paytaxtı və Kiyev vilayətində hərbi müəssisələri, logistika mərkəzləri və anbarlar vurulub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı məlumat yayıb.

Bildirilib ki, Rusiya ordusu gecə saatlarında Kiyev şəhəri və Kiyev vilayətində hərbi sənaye obyektlərinə, logistika mərkəzlərinə və anbarlara zərbələr endirib.

Nazirliyin məlumatına görə, Kiyevdə PUA və raket hissələrinin istehsal edildiyi “Fire Point”, “Ukrspecsystems” və “” müəssisələri, eləcə də sursat anbarı vurulub.

Kiyev vilayətində isə PUA və robotik sistemlərin daşınmasının həyata keçirildiyi “Martusovka” logistika mərkəzi, həmçinin yanacaq və sürtkü materialları anbarı hədəfə alınıb.

Rusiya Müdafiə Nazirliyi bir gün əvvəl də Ukraynanın Çornomorsk və Yujnıy limanlarında hərbi anbarların vurulduğunu bildirib.

Məlumata görə, hücumlar zamanı qurudan, havadan və dənizdən yüksək dəqiqlikli silahlardan, eləcə də pilotsuz uçuş aparatlarından istifadə olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…