Hindistan Xarici İşlər Nazirliyi bazar ertəsi Ukrayna səfirini Vladimir Zelenskinin Hindistanın baş naziri Narendra Modinin Rusiyaya səfəri ilə bağlı açıqlamaları ilə əlaqədar XİN-ə çağırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Economic Times" qəzeti mənbələrə istinadən yazıb.
"Xarici İşlər Nazirliyi bazar ertəsi Ukrayna səfirini çağırıb və bu məsələni qaldırıb. Bu, Nyu Dehlinin Zelenskinin baş nazirə verdiyi bəyanatlara münasibətindən narazılığını açıq şəkildə göstərir", -nəşr yazıb.
Hadisədən sonra Hindistanın Ukrayna ilə ortaq mədəniyyət işçi qrupunun görüşünü təxirə saldığı da öyrənilib.
Ötən həftə Zelenski Modinin Rusiya prezidenti Vladimir Putinlə görüşünü tənqid edərək, bunu “sülh səylərinə sarsıdıcı zərbə” adlandırıb.