Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatı vasitəsilə Kurçatov şəhərində yerləşən Kursk AES-2-yə hücum etməyə cəhd edib
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində xəsarət alan yoxdur.
Bu barədə vilayətin qubernatoru Aleksandr Xinşteyn özünün Teleqram kanalında məlumat verib.
“Kursk AES-2 fəaliyyətini adi rejimdə davam etdirir”, – o bildirib.
Xinşteynin sözlərinə görə, pilotsuz aparat tikilməkdə olan stansiyanın ərazisindəki tikililərdən birinə dəyib. Tikili qəlpə parçaları ilə zədələnib.