Əsas məzmuna keç

"Ukrayna öz öhdəliklərini yerinə yetirib və növbəti addıma hazırdır"

"Ukrayna öz öhdəliklərini yerinə yetirib və növbəti addıma hazırdır"

" Avropa İttifaqına (Aİ) daxil olmaq üçün növbəti addıma hazırdır , lakin ölkənin Avropaya inteqrasiyası indi bloka üzv olan dövlətlərdən asılıdır".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Aİ-nin genişlənmə üzrə komissarı Kos deyib .

"Bütün klasterlər rekord müddətdə nəzərdən keçirilib. Ukrayna öz öhdəliklərini yerinə yetirib və növbəti addıma hazırdır. İndi Aİ-yə üzv dövlətlərə icazə vermək lazımdır. Həm Kiyev , həm də Brüssel Ukraynada islahatların sürətinin səngiməsinə imkan verə bilməz", - Avropa komissarı bildirib.

Kos sentyabrın 29-da Ukraynaya da gedəcək və burada ilk olaraq yerli macar icması ilə görüşəcək. O qeyd edib ki, bu, vacib addımdır, çünki Avropaya inteqrasiya bütün cəmiyyətdə milli azlıqların etibarlı müdafiəsini təmin edə bilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…