Ukrayna Silahlı Qüvvələri Volokon rayonunun Tişanka kəndini atəşə tutub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Telegram" kanalında Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib.
O qeyd edib ki, hadisə nəticəsində dinc sakinlərdən heç biri xəsarət almayıb.
"Elektrik xəttinin zədələnməsi var. Əməliyyat və təcili yardım xidmətləri yerində işləyir və yaxın gələcəkdə nəticələrini aradan qaldıracaq".
Bundan əvvəl Ukrayna pilotsuz təyyarəsinin Belqorod yaxınlığındakı infrastruktur obyektinə hücum etdiyi bildirilmişdi.