Əsas məzmuna keç

Ukrayna kəşfiyyatı: "Həlledici döyüşlərə hazırlaşırıq"

Ukrayna kəşfiyyatı: "Həlledici döyüşlərə hazırlaşırıq"

bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov “RBK Ukraina”ya müsahibəsində deyib. O bildirib ki, Ukraynanın müasir...

“ həlledici döyüşə hazırlaşır”.

“Operativ Məlumat Mərkəzi-OMM'' xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril “RBK Ukraina”ya müsahibəsində deyib.

O bildirib ki, Ukraynanın müasir tarixi üçün döyüşlər yaxın vaxtda başlayacaq:

“Bu, faktdır. Hamı bunu başa düşür. Biz istəyirik ki, Qərb silah tədarükünü intensivləşdirsin, amma bu olmasa belə, biz əlimizdə olan silahlarla irəli gedəcəyik”.

Budanov həlledici döyüşlər kimi xarakterizə etdiyi əməliyyatların konkret nə vaxt başlayacağını açıqlamayıb.

Qeyd edək ki, daha əvvəl Ukrayna rəsmiləri, o cümlədən Volodimir Zelenski əks-hücum əməliyyatlarının yaxın vaxtda başlayacağını bildirmişdi.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…