Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ukrayna dondurulmuş Rusiya aktivlərindən 45,5 milyard dollar vəsait əldə edib

2 dəq
Paylaş:
Ukrayna dondurulmuş Rusiya aktivlərindən 45,5 milyard dollar vəsait əldə edib

“Böyük yeddilik” (G7) ölkələri aktivlərindən əldə olunan gəlirlər hesabına Ukraynaya 45,5 milyard məbləğində kredit ayırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Məlumata görə, cari ilin may ayının sonunadək Ukraynaya kredit vəsaitinin ümumi həcmi 45,5 milyard dollara çatıb. Statistik göstəricilərə əsasən, bu məbləğin 37,9 milyard dolları 2025-ci ildə, 6,6 milyard dolları isə 2026-cı ildə Kiyevə təqdim edilib.

Bildirilib ki, bundan əlavə, 2024-cü ildə ABŞ tərəfindən Ukraynaya bir milyard dollar həcmində kredit ayrılıb.

Qeyd olunub ki, daha əvvəl Avropa İttifaqı (Aİ) G7 ölkələrini 2024-cü ildə təsdiqlənmiş 50 milyard dollarlıq kredit paketinin ayrılması prosesini sürətləndirməyə çağırmağı planlaşdırdığını açıqlayıb. Həmin vaxt Aİ-nin öz öhdəliyini tam şəkildə yerinə yetirdiyi, lakin G7 üzvlərinin təxminən 8,2 milyard dollar məbləğində vəsaiti hələ də köçürmədiyi vurğulanıb.

Məlumata əsasən, kredit proqramı Ukraynanın maliyyə sabitliyinin qorunması və dövlət xərclərinin maliyyələşdirilməsi məqsədilə həyata keçirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax