Uilyams İngiltərəyə keçə bilər

Uilyams İngiltərəyə keçə bilər
14.05.2025 07:03
Aa
dəq

"Atletik Bilbao"nun vingeri Niko Uilyams karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, futbolçunun təmsilçiləri onun gələn yay İngiltərə klublarından birinə keçməyə hazır olduğunu düşünürlər.

"Arsenal", "Çelsi", "Mançester Siti", "Liverpul" və "Nyukasl" 22 yaşlı futbolçu ilə bağlı ilkin danışıqlar aparıb.

Niko Uilyamsın "Atletik"lə müqaviləsinə 60 milyon avro sərbəst qalma maddəsi də var.

Bu mövsüm futbolçu Bask komandasının heyətində bütün turnirlərdə 44 oyun keçirib, 11 qol vurub və 7 məhsuldar ötürmə edib.

Həftənin ən çox oxunanları