İran qoşunları ölkənin qərb sərhədindən sızmağa çalışan terrorçu qruplara qarşı qabaqlayıcı zərbə endirib.
“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu barədə İran İslam Respublikasının Kəşfiyyat Nazirliyi məlumat yayıb.
Nazirlik bildirir ki, “Amerika-sionist düşmənin dəstəyi ilə və hərbi vəziyyətdən istifadə edərək terrorçu separatçı qruplar ölkənin qərb sərhədlərinə nüfuz etməyi və şəhər, sərhəd ərazilərində terror hücumları törətməyi planlaşdırırdılar. Lakin Kəşfiyyat Nazirliyi və İslam İnqilabı Keşikçiləri Korpusunun birgə profilaktik əməliyyatı nəticəsində bu muzdluların mövqelərinin əhəmiyyətli hissəsi məhv edilib”.