Əsas məzmuna keç

Üç kateqoriya üzrə əmək pensiyası ödənişinin maliyyə mənbəyi müəyyənləşir - 11.04.2025

Üç kateqoriya üzrə əmək pensiyası ödənişinin maliyyə mənbəyi müəyyənləşir - 11.04.2025

Üç kateqoriya üzrə əmək pensiyası ödənişinin maliyyə kimi dövlət büdcəsi müəyyən olunur.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

“Əmək pensiyaları haqqında” Qanunun 6.2-ci maddəsində uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası olan şəxslərin erkən pensiyası üçün 5 il ərzində (8-ci ), bundan başqa, liliputların və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin erkən pensiyası üçün 20 il ərzində ödənilən məbləği (9.2-ci maddə), həmçinin orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq dövrünün sığorta stajına daxil edilməsi ilə əlaqədar güzəştlərin qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği üzrə əmək pensiyası ödənişinin maliyyə mənbəyi kimi dövlət büdcəsi müəyyən edilir.

Qanunun tətbiqi 2025-ci il yanvarın 1-dən nəzərdə tutulur.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Pensiya

Noyabr pensiyası 2026

  1. Bakı, Sumqayıt, Abşeron Hələ elan olunmayıb · adətən 6–14
  2. Naxçıvan MR 6 noyabr · Ödənilib
  3. Digər bölgələr Hələ elan olunmayıb · adətən 11–23
Son aylar, artım və pensiya rəqəmləri ›

Pensiya ödənişi başlayanda bildiriş alın: gün açıqlananda və ödəniş günü.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…