Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Afrika ölkələrinə pirat hücumları artıb

2 dəq
Paylaş:
Afrika ölkələrinə pirat hücumları artıb

ölkələrinin, xüsusilə Somalinin sahillərində ticarət gəmilərinə qarşı hücumlarının sayı bu il son 13 ilin ən yüksək həddinə çatıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayılıb.

Bildirilib ki, ilin əvvəlindən etibarən bölgədə ən azı 15 pirat hücumu alınıb, hücumların səkkizi isə may ayından sonra baş verib.

Bu il ən böyük pirat hücumu aprelin 21-də qeydə alınıb. Həmin gün 30 pirat “ 25” adlı neft tankerinə hücum edib. Gəminin hələ də piratların nəzarətində olduğu bildirilir.

Sonuncu dəfə bu qədər çox hücum 2013-cü ildə qeydə alınıb. Sonrakı illərdə təşkilatlar pirat hücumlarının sayının xeyli azaldığını bildiriblər.

2025-ci ildə isə cəmi 5 belə hücum qeydə alınıb.

Somali sahillərində piratçılıq 2000-ci illərin sonlarından 2010-cu illərin sonlarınadək dəniz daşımalarında ciddi problemlərə səbəb olub. Həmin dövrdə silahlı qruplar Ədən körfəzi və Hind okeanında ticarət gəmilərinə hücum edirdilər.

2020-ci illərin əvvəllərində beynəlxalq hərbi-dəniz patrullarının fəaliyyəti nəticəsində hücumların sayı əhəmiyyətli dərəcədə azalıb. Lakin son dövrlərdə pirat qrupların fəaliyyətinin yenidən artdığı müşahidə olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə