Əsas məzmuna keç

Tyerri Anri Belçika millisindən ayrıldı

Tyerri Anri Belçika millisindən ayrıldı

Fransa millisinin sabiq futbolçusu Tyerri Anri Belçika yığmasından ayrılıb. "Operativ Məlumat Mərkəzi - OMM "in məlumatına görə, bu barədə Belçika Kral...

Fransa millisinin sabiq futbolçusu Tyerri Anri Belçika yığmasından ayrılıb.

"Operativ Məlumat Mərkəzi - OMM "in məlumatına görə, bu barədə Belçika Assosiasiyasının baş direktoru Bossart "Sporza" nəşrinə açıqlama verib.

O bildirib ki, 46 yaşlı mütəxəssis milli komandadakı işini davam etdirmək istəməyib. Qurum rəsmisi veteran hücumçunun qərarına hörmətlə yanaşdıqlarını söyləyib.

Anri bunadək yığmada keçmiş baş məşqçi Roberto Martinesin köməkçisi vəzifəsini yerinə yetirib.

Qeyd edək ki, AVRO-2024-ün seçmə mərhələsində millisi ilə F qrupunda yer alan Belçika yığmasının yeni Domeniko Tedesko təyin olunub. İki komanda arasında ilk oyun sentyabrın 9-da Bakıda, növbəti görüş isə noyabrın 19-da Brüsseldə keçiriləcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…