Operativ Məlumat Mərkəzi

Tuxel mövsümün sonunda "Bavariya"nı tərk edəcək

1 dəq
Paylaş:
Tuxel mövsümün sonunda "Bavariya"nı tərk edəcək

Tomas Tuxel 2023/24 mövsümünün sonunda "Bavariya" klubunun baş məşqçisi postunu tərk edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Açıq söhbətdən sonra yayda əməkdaşlığımızı dayandırmaq üçün qarşılıqlı qərara gəldik. Məqsədimiz 2024/25 mövsümündən əvvəl yeni məşqçi ilə yenidənqurma işləri aparmaqdır".

Qeyd edək ki, Almaniya çempionatının 22-ci turundan sonra komanda 50 xalla ikinci yeri tutur, münxenlilər cədvəldə lider "Bayer"dən 8 xal geri qalır.

Çempionlar Liqasının 1/8 finalının ilk matçında "Bavariya" fevralın 14-də səfərdə İtaliyanın "Latsio" klubuna uduzdu (0:1).

Bu xəbəri paylaş

Oxşar xəbərlər