Əsas məzmuna keç

TÜSAŞ-ın baş direktoru: Azərbaycan “Kaan”la maraqlanır

TÜSAŞ-ın baş direktoru: Azərbaycan “Kaan”la maraqlanır

Qardaş ölkələr, o cümlədən Azərbaycan “Kaan”la maraqlanır. Bunu Türkiyənin Aviasiya və Kosmos Sənayesi şirkətinin (TÜSAŞ) baş direktoru Temel Kotil “TRT...

Qardaş ölkələr, o cümlədən “Kaan”la maraqlanır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Türkiyənin Aviasiya və Kosmos Sənayesi şirkətinin (TÜSAŞ) baş direktoru Temel Kotil “TRT Haber”ə müsahibəsində deyib.

“Əlbəttə, satış məsələsi ilə bağlı danışa bilmərəm. Bu, dövlətin məşğul olduğu işdir. Amma “Kaan” ciddi texnikadır”, - o bildirib.

T.Kotil, həmçinin qeyd edib ki, “Kaan” qardaş ölkələr üçün əhəmiyyətlidir.

Qeyd edək ki, “Kaan” Türkiyənin ilk milli döyüş təyyarəsidir. ABŞ-nin F-22 və F-35 qırıcılarına alternativ olaraq bu təyyarələri istehsal edib. Təyyarə fevralın 21-də ilk uçuşunu uğurla həyata keçirib.

Xatırladaq ki, “Kaan”ın birgə istehsalı ilə bağlı Türkiyəyə əməkdaşlıq təklif edib. Həmçinin, da bu qırıcılarla bağlı əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib “Kaan”ın 2028-ci ildə Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olunacağını deyib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…