Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Türkiyə Rusiya-Ukrayna danışıqlarını bərpa etməyə çalışır

2 dəq
Paylaş:
Türkiyə Rusiya-Ukrayna danışıqlarını bərpa etməyə çalışır

Türkiyə Prezidenti NATO Mark Rutte ilə Ankarada baş tutan görüşündə bildirib ki, rəsmi Ankara Rusiya və arasında sülh danışıqlarını yenidən canlandırmaq və münaqişə tərəflərinin liderlərini bir araya gətirmək üçün fəal işləyir.

"Operativ Məlumat Mərkəzi-OMM" Türkiyə Administrasiyasına istinadən xəbər verir ki, Kiyev də NATO üzvü olan Türkiyədən Rusiya ilə ali səviyyəli görüşə ev sahibliyi etməsini xahiş edib.

2022-ci ildən bəri hər iki ölkə ilə yaxşı əlaqələrini qoruyan Türkiyə müharibənin sülh yolu ilə başa çatması üçün vasitəçilik səylərini davam etdirir.

Ərdoğan Avropadakı NATO müttəfiqlərinin sahəsində daha çox məsuliyyət daşımalı olduğunu vurğulayıb.

Almaniya lideri Fridrix Merz ilə telefon danışığında qlobal gərginliklərin, o cümlədən Yaxın Şərqdəki münaqişələrin Avropaya zərərləri müzakirə edilib.

Əlavə olaraq, Türkiyənin regional sülhün təmin edilməsi istiqamətində atdığı addımlar və diplomatik forumlardakı fəallığı xüsusi qeyd olunub. Rəsmi Ankara qlobal güclərin sülh yönümlü yanaşmalar nümayiş etdirməməsi halında zərərin daha da artacağı barədə xəbərdarlıq edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax