TÜRKPA-nın Gənc Parlamentarilər Qrupunun 3-cü iclası keçirilib

TÜRKPA-nın Gənc Parlamentarilər Qrupunun 3-cü iclası keçirilib
05.06.2024 19:30
Aa
dəq

İyunun 5-də Milli Məclisdə TÜRKPA-nın Gənc Parlamentarilər Qrupunun “TÜRKPA üzv dövlətlərinin gənclərinin fiziki və psixi sağlamlıq problemləri” mövzusunda 3-cü toplantısı keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, iclasa qrupun rəhbəri, Türkiyə Böyük Millət Məclisinin üzvü Emre Çalışkan sədrlik edib. Çıxışında o, TÜRKPA Gənc Parlamentarilər Qrupunun 3-cü İclasına evsahibliyi etdiyinə və səmimi qonaqpərvərliyə görə Azərbaycan Respublikası Milli Məclisinə təşəkkür edib.

Emre Çalışkan toplantının TÜRKPA ölkələri gənclərinin qarşılaşdığı fiziki və psixi sağlamlıq problemlərinin həllinə öz töhfəsini verəcəyinə inamını bildirib, gənclərin sağlamlığını qorumaq, möhkəmləndirmək istiqamətində TÜRKPA ölkələri arasında əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikirlərini bölüşüb.

Toplantıda Azərbaycan Respublikası Milli Məclisinin üzvləri Əliabbas Salahzadə və Anar Məmmədov, Qırğız Respublikası Joqorku Keneşinin üzvü Kubanıçbek Samakov, Şimali Kipr Türk Respublikası Məclisinin üzvü Fide Kürşat iclasın mövzusu ilə bağlı çıxış ediblər. Çıxışçılar ölkələrində gənclərin qarşılaşdıqları fiziki və psixi sağlamlıq problemlərindən, onların yaranması səbəblərindən söz açıblar, bu məsələlərin həlli istiqamətində ölkələrində həyata keçirilən dövlət siyasəti, yaradılan qanunvericilik bazası və atılan digər addımlar barədə məlumat veriblər, gəncliyin sağlam ruhda böyüdülməsi, zərərli vərdişlərdən qorunması ilə bağlı fikirlərini bölüşüblər.

Sonra iclasda gündəliyin məsələləri müzakirə edilib, “TÜRKPA üzv dövlətlərinin gənclərinin fiziki və psixi sağlamlıq problemləri” mövzusunda hesabat məruzəsi, mövzuya dair tövsiyə qərarı qəbul olunub, qrupun növbəti iclasının mövzusu, keçirilmə tarixi və yeri müəyyənləşdirilib.

 

Həftənin ən çox oxunanları

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir
DAVAMIN OXU davamın oxu

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər
DAVAMIN OXU davamın oxu

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib
DAVAMIN OXU davamın oxu

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar
DAVAMIN OXU davamın oxu

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib
DAVAMIN OXU davamın oxu