Əsas məzmuna keç

Mehriban Əliyeva Qırğızıstanda sağlamlıq və reabilitasiya mərkəzində - Fotolar

Mehriban Əliyeva Qırğızıstanda sağlamlıq və reabilitasiya mərkəzində - Fotolar

Birinci xanımlar Çolpon-Atada yerləşən “Altın-Balalıq” mərkəzində olublar. Ayqul Japarova və Ziroatxon Mirziyoyevanın iştirakı ilə reabilitasiya şəraiti izlənilib.

en ru

Azərbaycanın birinci xanımı bu gün Çolpon-Ata şəhərində Qırğız Respublikasının birinci xanımı Japarova və Özbəkistan Respublikasının birinci xanımı Mirziyoyeva ilə birlikdə “Altın-Balalık” və reabilitasiya mərkəzi ilə tanış olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, “Altın-Balalıq” sağlamlıq və reabilitasiya mərkəzi 2022-ci ilin mayından fəaliyyət göstərir.

Müəssisənin əsas məqsədi uşaqlara yüksəkkeyfiyyətli tibbi-reabilitasiya göstərmək və onların istirahətini təmin etməkdir.

Mərkəzdə 800 çarpayılıq 136 otaq var. Hər il yay tətili dövrü Qırğızıstanın bütün bölgələrindən və qonşu ölkələrdən 8 min-8 min 500 uşaq burada fəaliyyət göstərən yay düşərgəsində istirahət edir. Mərkəz hər ilin sentyabrından isə növbəti ilin iyununadək reabilitasiya üçün əlilliyi olan uşaqları qəbul edir.

















Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…