Əsas məzmuna keç

Türkiyənin yeni hərbi qərargahı NATO nazirlərinə təqdim edildi

Türkiyənin yeni hərbi qərargahı NATO nazirlərinə təqdim edildi

Türkiyənin müdafiə naziri Yaşar Gülər yeni “Ay Yıldız” kompleksinin hərbi komandanlıq strukturlarını bir çatı altında birləşdirəcəyini və yüksək texnologiyalarla təchiz edildiyini açıqlayıb.

en ru

Ankarada inşa edilən və Türkiyənin hərbi gücünün yeni simvollarından biri kimi qiymətləndirilən "Ay " qərargahı ilk dəfə beynəlxalq səviyyədə təqdim olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumat yayıb.

Məlumata görə, kompleksin "Yıldız" bölməsində təşkil olunan xüsusi tədbirdə Türkiyənin milli Gülər NATO-ya üzv ölkələrin müdafiə nazirlərini hərbi orkestrin müşayiəti ilə qarşılayıb.

Çıxışı zamanı Yaşar Gülər bildirib ki, yeni qərargahın memarlıq konsepsiyası Türkiyə bayrağındakı ay və ulduz simvollarından ilhamlanıb. Nazir qeyd edib ki, bu layihə yalnız inzibati bina deyil, həm də Türkiyənin müdafiə və təhlükəsizlik sahəsindəki qətiyyətinin göstəricisidir.

Gülərin sözlərinə görə, yaxın vaxtlarda tam istifadəyə veriləcək "Ay Yıldız" qərargahı dünyanın ən böyük hərbi mərkəzlərindən biri olacaq.

Yeni kompleksin əsas məqsədi Baş Qərargah və qüvvə komandanlıqlarını vahid mərkəzdə birləşdirmək, hərbi idarəetməni daha çevik və səmərəli həyata keçirməkdir.

Nazir bildirib ki, qərargah "Çelik Kubbe" strategiyası çərçivəsində müasir müdafiə sistemləri ilə qorunacaq. Kompleksdə həmçinin böhran və müharibə şəraitində fasiləsiz rabitə və idarəetməni təmin edən ağıllı bina texnologiyalarından istifadə olunacaq.

Yaşar Gülər vurğulayıb ki, yeni qərargah Türkiyənin müdafiə imkanlarını gücləndirməklə yanaşı, NATO-nun kollektiv təhlükəsizlik fəaliyyətlərinə də mühüm töhfə verəcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…