Operativ Məlumat Mərkəzi

Türkiyəli diplomat Fransanın Azərbaycana qarşı əsassız iddialarına cavab verib

1 dəq
Paylaş:
Türkiyəli diplomat Fransanın Azərbaycana qarşı əsassız iddialarına cavab verib
o, bu barədə “X”də yazıb. O bildirib ki, Fransa müstəmləkəçilik tarixinin ən əsas nümunələrindəndir: “Fransa Yeni Kaledoniyada baş verən hadisələrlə...

Türkiyənin Rusiyadakı keçmiş səfiri, diplomat Ümit Yardım Fransanın Azərbaycana qarşı əsassız iddialarına cavab verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə “X”də yazıb.

O bildirib ki, Fransa müstəmləkəçilik tarixinin ən əsas nümunələrindəndir: “Fransa Yeni Kaledoniyada baş verən hadisələrlə bağlı Azərbaycana qəzəblənib”.

Diplomat, həmçinin yeni dünya nizamının formalaşdığını diqqətə çatdırıb.

Qeyd edək ki, Fransanın daxili işlər naziri Jerald Darmanan “France-2” telekanalına müsahibəsində Yeni Kaledoniyada baş verən iğtişaşlara görə Azərbaycanı ittiham edib. Azərbaycan Xarici İşlər Nazirliyi məsələyə münasibət bildirərək qeyd edib ki, bunlar əsassız ittihamlardır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər