Əsas məzmuna keç

Türkiyədəki suriyalı qaçqınların sayı açıqlanıb

Türkiyədəki suriyalı qaçqınların sayı açıqlanıb

“Türkiyədə müvəqqəti məskunlaşan 3 381 429 suriyalı var”. Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib. Onun sözlərinə görə, hazırda...

“Türkiyədə müvəqqəti məskunlaşan 3 381 429 suriyalı var”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri bildirib.

Onun sözlərinə görə, hazırda Suriyanın 16 500 000-17 000 000 əhalisi var: “ ilə sərhəddə 6 000 000 suriyalı yerləşib. Bəşşar rejiminin nəzarəti altında olan bölgələrdə isə 10 000 000 nəfər var”.

Nazir qeyd edib ki, dünya Suriya ilə bağlı humanitar məsələyə bu rəqəmlərə əsasən baxır: “Yunanıstana 1 200 000 qaçqın köç edib. Biz onların 500 minini təsbit etmişik. Türkiyədə hazırda 3 381 420 suriyalı qaçqın var”.

Xatırladaq ki, Cümhuriyyət Xalq Partiyasının sədri, “Millət” ittifaqının prezidentliyə namizədi Kamal Kılıcdaroğlu Türkiyədə 10 000 000 suriyalının olduğunu iddia edir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…