Əsas məzmuna keç

Türkiyədə zəlzələdə dağılan binaları tikən 317 nəfər həbs olunub

Türkiyədə zəlzələdə dağılan binaları tikən 317 nəfər həbs olunub

Türkiyədə baş güclü zəlzələlər nəticəsində binaların tikintisində qanunsuzluqlara yol verməkdə şübhəli bilinərək həbs olunanların sayı 317 nəfərə çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" "Anadolu Ajans"-a istinadən xəbər verir ki, araşdırmalar çərçivəsində 108 podratçı, 173 bina nəzarətçisi, 18 bina sahibi və 18 binada dəyişiklik olmaqla 317 şübhəli həbs edilib.

Qeyd edək ki, fevralın 6-da Kahramanmaraş mərkəzli zəlzələdən sonra baş prokurorluqlar tərəfindən başladılan araşdırmalarda binaların tikintisində qanunsuzluqlara yol verməkdə məsuliyyət daşıyan 1431 şübhəli edilib.

Şübhəlilərdən 509-u barəsində məhkəmə nəzarəti həyata keçirilib, 314 şübhəli barəsində saxlanma , 92 nəfər barəsində isə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalarda 4 şübhəlinin xaricdə olduğu və şübhəlilərdən 65-nin müəyyən edilib.

Baş Prokurorluğun qərarı ilə 2 şübhəli hələ də həbsdə olarkən, 128 nəfər ifadələrinin ardından sərbəst buraxılıb.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…