Əsas məzmuna keç

Türkiyədə polislərlə terrorçular arasında atışma olub, qırmızı bülletenlə axtarılan PKK üzvü öldürülüb

Türkiyədə polislərlə terrorçular arasında atışma olub, qırmızı bülletenlə axtarılan PKK üzvü öldürülüb

bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb. O bildirib ki, Artuklu rayonunda keçirilən “Gürz-19” əməliyyatı çərçivəsində Ramazan...

Türkiyənin Mardin şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları ilə terrorçular arasında atışma olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.

O bildirib ki, Artuklu rayonunda keçirilən “Gürz-19” əməliyyatı çərçivəsində Ramazan Aktaş adlı /KCK nümayəndəsi polislərə müqavimət göstərib və o, atışma nəticəsində öldürülüb.

“Faraşin-Bedran” kod adlı terrorçunun qırmızı bülletenlə axtarıldığı bildirilir.

Məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində 1 M16 avtomatı, 1 AKİS avtomatı, 5 ədəd M16 avtomatının darağı, 5 ədəd AKİS avtomatının darağı, 4 əl bombası, 2 poverbank, 3 durbin, 1 bel çantası, 1 diktafon, 1 əl fənəri və digər ləvazimatlar ələ keçirilib.

A.Yerlikaya bildirib ki, terrorçulara qarşı mübarizə qətiyyətlə davam edəcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…