Türkiyənin Bolu vilayətində yerləşən Kartalkaya xizək mərkəzindəki oteldə baş verən yanğında ölənlərin sayı artıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya məlumat verib.
Onun sözlərinə görə, hadisə nəticəsində 76 nəfər ölüb:
“Ölənlərdən 52-sinin şəxsiyyəti müəyyən edilib, 45-nin meyiti yaxınlarına təhvil verilib. İstintaq zamanı indiyədək 9 nəfər saxlanılıb”.
Qeyd edək ki, yanğınla bağlı Türkiyədə birgünlük matəm elan edilib.
***
Türkiyənin Bolu bölgəsinin Kartalkaya Xizək Mərkəzində oteldə baş verən yanğın nəticəsində 66 nəfər ölüb, 51 nəfər yaralanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" “Haber Global”a istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib.
Onun sözlərinə görə, yanğın söndürülüb, soyutma işləri davam edir.
***
Türkiyənin Bolu bölgəsinin Kartalkaya xizək mərkəzində hoteldə baş verən yanğın nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məlumatı “Haber Global” yayıb.
Bildirilib ki, hadisə zamanı daha 32 nəfər yaralanıb.
Yanğının səbəbi hələ ki məlum deyil.
***
Türkiyənin Bolu bölgəsinin Kartalkaya xizək mərkəzində hoteldə baş verən yanğın nəticəsində altı nəfər ölüb, 31 nəfər yaralanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məlumatı “Haber Global” yayıb.
Bildirilib ki, hadisə yerinə xilasedicilər, təcili tibbi yardım xidməti cəlb edilib.
Məlumata görə, hoteldəki insanlar təxliyə olunub.