Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Türkiyədə bələdiyyə sədri həbs olundu

1 dəq
Paylaş:
Türkiyədə bələdiyyə sədri həbs olundu

İstanbulun Ataşehir bələdiyyəsinin sədri həbs olunub.

“Operativ Məlumat Mərkəzi-OMM” bu barədə "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, O. Adıgüzel və onun müavinləri ilə birlikdə 20 şəxs aprelin 18-də rüşvət alma, törətmək məqsədilə mütəşəkkil dəstə yaratma, ona rəhbərlik etmə və üzv olma, tenderin nəticələrini saxtalaşdırma ittihamları ilə saxlanılıb.

İstanbul Polis İdarəsinin Maliyyə Cinayətləri Şöbəsinin araşdırmasında qeyd olunan hallar üzrə cinayət elmentləri müəyyən edilib.

O. Adıgüzel daxil, hakim qarşısına təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, O. Adıgüzel üç Türkiyə Böüyk Millət Məclisinin (TBMM) deputatı olub. O, 2024-cü ildən bələdiyyə sədri vəzifəsini icra edirdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax