Türkiyə ilə Ermənistan arasında daimi əlaqə var.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin "Anadolu" agentliyinə müsahibəsində deyib.
Ararat Mirzoyan bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışıqları olub. Türkiyə ilə Ermənistan arasında quru sərhədinin iki ölkəyə səfər edən üçüncü ölkə vətəndaşlarının keçidi üçün açılması ilə bağlı razılığın əldə edildiyini xatırladan Mirzoyan bunun təkcə üçüncü ölkə vətəndaşları üçün deyil, Türkiyə və Ermənistandakı diplomatik pasport sahibləri üçün də keçərli olacağını bildirib.
"İpək Yolu körpüsünün yenidən bərpasından söhbət gedir. Sərhəd bölgələrində infrastruktur və yolların tikintisi ilə bağlı da müəyyən razılaşmalar əldə olunub", - deyə o bildirib.