Operativ Məlumat Mərkəzi

Türkiyə və ABŞ birgə bəyanat yayıb

2 dəq
Paylaş:
Türkiyə və ABŞ birgə bəyanat yayıb
bu barədə xarici KİV məlumat yayıb. Açıqlamada Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Trampın irəli sürdüyü çərçivədə Suriyada sabitlik və...

Türkiyə-ABŞ Suriya İşçi Qrupunun toplantısından sonra birgə bəyanat verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Açıqlamada Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Trampın irəli sürdüyü çərçivədə Suriyada sabitlik və təhlükəsizlik mövzusunda əməkdaşlıq və koordinasiyanı artırmaqda qərarlı olduqları bildirilib.

Suriya Araşdırma Qrupunun yeni turu üçün ABŞ-ın Türkiyə nümayəndə heyətini Vaşinqtonda qəbul etdiyi xatırladılan bəyanatda Türkiyə və ABŞ-ın qurumlararası nümayəndə heyətlərinə xarici işlər nazirinin müavini Nuh Yılmaz və xarici işlər nazirinin müavini Kristofer Landau başçılıq etdiyi vurğulanıb.

"Nümayəndə heyətləri Suriya ilə bağlı ümumi prioritetlərini, o cümlədən prezident Trampın göstərişlərinə uyğun olaraq sanksiyaların ləğvi və terrorizmin bütün forma və təzahürləri ilə mübarizəni müzakirə ediblər. Türkiyə və Birləşmiş Ştatlar özü və qonşuları ilə sülh şəraitində sabit Suriya vizyonunu bölüşürlər. Bu, həm də milyonlarla köçkün suriyalının öz evlərinə qayıtmasına imkan verəcək. Türkiyə və ABŞ Suriyadakı sülhün vacibliyini bir daha təsdiqləyirlər. Terror təşkilatlarına sığınacaq verməyən sabit və vahid Suriya regional təhlükəsizlik və rifahı dəstəkləyəcək”,- deyə bəyanatda qeud edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər