Türkiyənin Kartalkaya dağ-xizək kurortunda yerləşən hoteldə baş verən yanğında xəsarət alan 29 nəfər xəstəxanadan buraxılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
"Bu günə qədər 29 vətəndaş xəstəxanadan buraxılıb, 22 nəfərin müalicəsi isə davam edir", - nazirlikdən qeyd ediblər.
Daxili işlər naziri Ali Yerlikaya ölənlərin sayının 76 nəfərə çatdığını bildirib.