Əsas məzmuna keç

Türkiyə prezidentinin baş müşaviri vəfat edib

Türkiyə prezidentinin baş müşaviri vəfat edib

Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri və prezidentin iqtisadi siyasət idarə heyətinin üzvü Yiğit iyulun 11-də vəfat edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Məlumata əsasən, baş müşavirin son günlərdə səhhəti pisləşməyə doğru gedib. O, uzun müddətdir xərçəng xəstəliyindən müalicə alırdı.

Xatırladaq ki, Yiğit Bulut uzun illər qəzetlərdə iqtisadiyyat sahəsində yazılar yazıb, televiziyalarda şərhçilik və rəhbərlik edib. Universitetlərdə müəllim kimi dərs də verən Yiğit Bulut, media karyerasının ardından 2013-cü ildə Baş Nazirlik, 2014-cü ildə isə Baş Müşavirliyi vəzifəsinə təyin edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…