Operativ Məlumat Mərkəzi

Türkiyə ordusu terrorçuları zərərsizləşdirdi

1 dəq
Paylaş:
Türkiyə ordusu terrorçuları zərərsizləşdirdi
bu barədə şənbə günü Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib. Məlumata əsasən, terrorçular "Pəncə-Kilid" əməliyyatı zonasında məhv ediliblər....

Türkiyə ordusu İraqın şimalında 3 PKK terrorçusunu zərərsizləşdirib.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bu barədə şənbə günü Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib. Məlumata əsasən, terrorçular "Pəncə-Kilid" əməliyyatı zonasında məhv ediliblər. Onlara aid xeyli sayda silah-sursat ələ keçirilib.

" Biz terroru kökündən silməyə qətiyyətli və qərarlıyıq", - deyə paylaşımda qeyd edilib. Qeyd edək ki, ötən gün Türkiyə ordusu tərəfindən İraqın şimalında daha 2 PKK terrorçusu zərərsizləşdirilmişdi.

Türkiyə ordusu sözügedən istiqamətdə əməliyyatlarını davam etdirir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər