"Roma"nın mərkəzi hücumçusu Tammi Abraham komandanın yeni baş məşqçisi Can Piero Qasperininin planlarına daxil olmadığı üçün klubu tərk edə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə insayder Nikolo Şira məlumat yayıb.
Məlumata görə, ötən mövsümü icarə əsasında "Milan"da keçirən 27 yaşlı forvardın xidmətində Türkiyənin "Beşiktaş" klubu maraqlıdır.
2024/25 mövsümündə Abraham bütün yarışlarda 45 oyun keçirib, 10 qol vurub və 7 məhsuldar ötürmə edib.
Abrahamın "Roma" ilə müqaviləsi 2027-ci ilə qədərdir.
"Transfermarkt" mütəxəssisləri forvardın qiymətini 15 milyon avro qiymətləndirir.