Operativ Məlumat Mərkəzi

Türkiyə Ermənistanı məğlub etdi

1 dəq
Paylaş:
Türkiyə Ermənistanı məğlub etdi
bu gün üçün A, D, və İ qruplarında nəzərdə tutulan ümumilikdə 7 matçdan 4-ü başa çatıb. Türkiyə millisi səfərdə Ermənistanla qarşılaşıb. İrəvandakı...

Avro-2024-ün seçmə mərhələsində 1-ci turun oyunları davam edir.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bu gün üçün A, D, və İ qruplarında nəzərdə tutulan ümumilikdə 7 matçdan 4-ü başa çatıb.

Türkiyə millisi səfərdə Ermənistanla qarşılaşıb. İrəvandakı görüşdə Türkiyə yığması 2:1 hesablı əzmkar qələbə qazanıb.

Bu matç sözügedən komandalar arasında ümumilikdə 3-cü oyun olub. Türkiyə və Ermənistan bundan əvvəl DÇ-2010-un seçmə mərhələsində eyni qrupda yer alıblar. Həmin vaxt Türkiyə Ermənistanı həm evdə, həm də səfərdə 2:0 hesabı ilə məğlub edib.

Avro-2024, seçmə mərhələ, 1-ci tur

D qrupu

21:00. Ermənistan - Türkiyə - 1:2

Qollar: Ozan Kabak, 10-avtoqol (1:0), Orkun Kökçü, 34 (1:1), Kerem Aktürkoğlu, 63 (1:2)

Bu xəbəri paylaş

Oxşar xəbərlər