Əsas məzmuna keç

Türkiyə-Azərbaycan Universitetinin fəaliyyəti ilə bağlı yeni detallar açıqlanıb

Türkiyə-Azərbaycan Universitetinin fəaliyyəti ilə bağlı yeni detallar açıqlanıb

Bu il ərzində işlər tamamlanacağı təqdirdə Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbuluna başlanılacaq. Bunu Türkiyə Ali Təhsil Şurasının (Yüksək...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Bu il ərzində işlər tamamlanacağı təqdirdə Türkiyə-Azərbaycan Universitetinə qəbuluna başlanılacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Şurasının (Yüksək Öyrətim Kurulu) sədri Erol Özvar bildirib.

O, Azərbaycanda beynəlxalq əməkdaşlığı daha yüksək səviyyəyə daşıyacaq bir ali təhsil müəssisəsi modeli qurulacağını deyib. Şura sədri söyləyib ki, Türkiyə-Azərbaycan Universiteti bu il fəaliyyətə başlayacaq:

“Layihənin ən mühüm xüsusiyyəti Türkiyə və Azərbaycanın ən və güclü universitetlərinin proqramlarını bir araya gətirməkdir. Bu yeni modelə Türkiyənin köklü universitetlərinin Ali Təhsil Şurası tərəfindən təyin olunacaq önlisans (ali təhsilin ilkin mərhələsi), bakalavr və magistr proqramları daxil olacaq”.

E.Özvar bildirib ki, alimləri ilə təkcə bakalavr təhsili sahəsində deyil, həm də layihələrdə, tədqiqatlarda və kitab nəşri sahələrində də birgə işləyəcəklər:

“Bakıda təhsil ilk növbədə səhiyyə, mühəndislik və informatika sahələrində veriləcək. Qəyyumlar Şurası daha sonra hansı proqramların açılacağını müəyyənləşdirəcək. Qəyyumlar Şurası Türkiyə və Azərbaycanın ali təhsil sahəsində çlışan ekspertlərindən ibarət olacaq. Buraya təkcə azərbaycanlı tələbələr deyil, dünyanın hər yerindən maraqlananlar müraciət edə bilər. Universitet modelində türk və ingilis proqramları açılacaq. Verilən təhsilin keyfiyyəti və təminatı Türkiyə və Azərbaycan Ali Təhsilin Keyfiyyət şuraları tərəfindən təmin ediləcək”.

O söyləyib ki, Türkiyə vətəndaşı olan tələbələr bu universitetə Ali Təhsil Qurumları İmtahanı (YKS) ilə daxil ola biləcəklər. Digər ölkələrdən olan tələbələr də beynəlxalq tələbə qəbulu prinsiplərinə uyğun olaraq qəbul olunacaqlar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…