Əsas məzmuna keç

“Turan Tovuz” “Araz-Naxçıvan”a qalib gəlib

“Turan Tovuz” “Araz-Naxçıvan”a qalib gəlib

“Araz-Naxçıvan” səfərdə “Turan Tovuz”un qonağı olub. Tovuz şəhər stadionunda oynanılan görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb....

Futbol üzrə Misli Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, “Araz-Naxçıvan” səfərdə “Turan Tovuz”un qonağı olub. şəhər stadionunda oynanılan görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 86-cı dəqiqədə Hayderson Hurtado vurub. komandanın müdafiəçisi İqor Ribeyro 48-ci dəqiqədə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Bu qələbədən sonra xallarını 39-a çatdıran “Turan Tovuz” turnir cədvəlinin 4-cü pilləsindəki mövqeyini qoruyub. “Araz-Naxçıvan” isə 44 ikinci sırada qərarlaşıb.

Günün son oyunu "Neftçi Arena"da keçiriləcək. Saat 19:00-da start götürəcək mərkəzi görüşdə lider "" "Neftçi"nin qonağı olacaq.

Hazırda 53 xalı olan Ağdam təmsilçisi turnir cədvəlinə başçılıq edir. klubu isə 24 xalla altıncıdır.

Qeyd edək ki, ötən gün XXIII turun açılış matçında "Zirə" səfərdə "Sumqayıt"a 3 cavabsız qolla qalib gəlib. Tura fevralın 17-də keçiriləcək "Kəpəz" - "Şamaxı" və "Səbail" - "Sabah" oyunları ilə yekun vurulacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…