Operativ Məlumat Mərkəzi

"Araz-Naxçıvan" 2500, "Turan Tovuz" 5700 manat cərimələnib

1 dəq
Paylaş:
"Araz-Naxçıvan" 2500, "Turan Tovuz" 5700 manat cərimələnib
bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib. XII turun "Araz-Naxçıvan" – "Turan Tovuz" oyunu bitdikdən sonra meydana kənar şəxs daxil olduğuna görə...

Misli Premyer Liqası təmsilçilərindən "Araz-Naxçıvan" 2500, "Turan Tovuz" isə 5700 manat cərimələnib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.

XII turun "Araz-Naxçıvan" – "Turan Tovuz" oyunu bitdikdən sonra meydana kənar şəxs daxil olduğuna görə Naxçıvan təmsilçisi 2500 manat cərimələnib. "Turan Tovuz" isə azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə 5000 manat ziyana düşüb.

Bundan əlavə, Tovuz klubu oyunda 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər