ABŞ Prezidenti Donald Tramp administrasiyasının hazırda İrana quru qoşunları göndərməyi planlaşdırmadığını bildirib, lakin bunun gələcəkdə mümkün olduğunu istisna etməyib.
“Operativ Məlumat Mərkəzi-OMM”xarici mediaya istinadla xəbər verir ki, təyyarəsində jurnalistlər ondan ABŞ qüvvələrinin İranın neft obyektlərini və ya nüvə yanacağı saxlama yerlərini ələ keçirmək üçün yerləşdirilə biləcəyini soruşublar. Tramp cavabında deyib: "Bunu indi etməyəcəyik, bəlkə də sonra".