Əsas məzmuna keç

"Trampın qətiyyətli addımı sayəsində Amerika və dünya daha təhlükəsiz oldu”

"Trampın qətiyyətli addımı sayəsində Amerika və dünya daha təhlükəsiz oldu”

22 iyun tarixində ABŞ-nin İranın Natanz, Fordo və İsfahan şəhərlərində yerləşən 3 nüvə obyektinə hücum etməsindən sonra Natanz və İsfahan obyektlərinin...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

22 iyun tarixində ABŞ-nin İranın , Fordo və İsfahan şəhərlərində yerləşən 3 obyektinə hücum etməsindən sonra Natanz və İsfahan obyektlərinin çox da zərər görmədiyi, lakin Fordo-nun əhmiyyətli dərəcədə zərər aldığı iddia olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, ABŞ-nin hücumları bu 3 obyektin yalnız birinə ciddi zərər verə bilib.

Rəsmilər, Vaşinqton rəhbərliyinin bəzi amerikalı qanunvericilərə, Müdafiə Nazirliyindən olan rəsmilərə və müttəfiq ölkələrə verdiyi brifinqlərdə, Natanz və İsfahan obyektlərinin o qədər də ciddi zərər görmədiyi və İranın istəsə, bir neçə ay içində nüvə zənginləşdirmə fəaliyyətlərinə yenidən başlaya biləcəyi fikrinin səsləndirildiyini bildiriblər.

Rəsmilər İranın nüvə proqramının kritik elementi hesab edilən Fordo obyektinə edilən hücumun bu qurğudakı zənginləşdirmə qabiliyyətini iki il geri atmaq baxımından uğurlu olduğunu düşündüklərini iddia edib.

Mövzu ilə bağlı məlumatlı mənbələr, İranın administrasiyası ilə nüvə danışıqlarına yenidən başlamağı qəbul etməməsi və ya bu obyektləri yenidən inşa etməyə çalışması halında az zərər görmüş iki obyektə əlavə hücumların edilib-edilməyəcəyinin həm , həm də İsrail hökumətləri daxilində müzakirə edildiyini bildiriblər.

Ağ Ev-in sözçü müavini Anna Kell qeyd edib: “Prezidentin də dediyi və mütəxəssislərin də təsdiqlədiyi kimi, ‘Midnight Hammer’ əməliyyatı İranın nüvə qabiliyyətini tamamilə məhv etdi. Trampın qətiyyətli addımı sayəsində və dünya daha təhlükəsiz oldu”.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…