Əsas məzmuna keç

"Trampın bu addımı absurd və gülüncdür"

"Trampın bu addımı absurd və gülüncdür"

ABŞ senatoru Bernie Sanders, Donald Tramp administrasiyasının Los-Ancelesdəki qeyri-qanuni mühacirlərə dəstək nümayişlərinə qarşı ordu yeritmək qərarını...

senatoru Bernie Sanders, administrasiyasının Los-Ancelesdəki qeyri-qanuni mühacirlərə dəstək nümayişlərinə qarşı ordu yeritmək qərarını “daha ​​çox güc əldə etmək cəhdi” kimi tənqid edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Sanders, Instagram platformasında yerləşdirdiyi videoda Trampın Milli Qvardiya və Dəniz Piyadalarını Los-Ancelesə göndərməsinə reaksiya verib.

Trampın bu addımının etirazlarla bağlı olmadığını müdafiə edən Sanders Los-Ancelesə qoşun yeritməsini “şübhəli hüquqi səlahiyyətlərlə öz gücünü artırmaq cəhdi” kimi qiymətləndirib.

Sanders, Milli Qvardiyanın yerləşdirilməsinin qubernatorunun səlahiyyəti olduğunu vurğuladı və Trampın bu addımını “absurd və gülünc” adlandırdı.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…