Ağ Evin mətbuat katibi Karolin Levitt sentyabrın 23-də ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Volodymyr Zelenski və daha iki ölkənin liderləri ilə görüşəcəyini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, onun brifinqi prezident administrasiyasının ''YouTube'' kanalında yayımlanıb.
"Prezident bir sıra görüşlər keçirəcək: BMT-nin baş katibi ilə, həmçinin Ukrayna, Argentina, Qətər və Avropa İttifaqının liderləri ilə", - Levitt bildirib.