Operativ Məlumat Mərkəzi

"Tramp Ukraynanı Rusiyanın təsir dairəsində hesab edir"

2 dəq
Paylaş:
"Tramp Ukraynanı Rusiyanın təsir dairəsində hesab edir"
{"az":"o, bu fikirləri “The Telegraph” qəzetinə verdiyi müsahibədə səsləndirib.Uolles bildirib ki, Donald Trampın təhlükəsizlik mexanizminin formalaşdırılmasına...","en":"","ru":""}

Britaniyanın keçmiş müdafiə naziri Ben Uolles ABŞ-nin Ukraynada təhlükəsizlik zəmanətləri təqdim edəcəyinə və sözdə “çoxmillətli qüvvələr”i dəstəkləyəcəyinə şübhə ilə yanaşıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, o, bu fikirləri “The Telegraph” qəzetinə verdiyi müsahibədə səsləndirib.

Uolles bildirib ki, Donald Trampın təhlükəsizlik mexanizminin formalaşdırılmasına real təsir göstərəcəyinə ümid etmək əvəzinə, bunun arzudan başqa bir şey olmadığını qəbul etmək daha doğrudur:

“Trampın təhlükəsizlik şəbəkəsi mexanizminin yaradılmasına hər hansı əhəmiyyətli təsir göstərəcəyinə ümid etməkdənsə, arzularla məşğul olmaq daha yaxşıdır”.

Keçmiş nazirin sözlərinə görə, əgər o, hazırda Böyük Britaniyanın müdafiə naziri olsaydı, Donald Trampın rəhbərlik etdiyi Ağ Ev administrasiyasına etibar etməzdi. Uolles iddia edib ki, Rusiya Prezidenti Vladimir Putin “özünə yaxın bir şəxsi Ağ Evə qəbul etdirə bildiyini başa düşür”.

O, həmçinin vurğulayıb ki, Trampın Ukraynanı Rusiyanın təsir dairəsində görməsi açıq-aydındır:

“Trampın Ukraynanı Rusiyanın təsir dairəsində hesab etməsi tamamilə aydındır. Reallıq budur. Düşünmürəm ki, Putin könüllülər koalisiyasının planına tabe olmağa, ona diz çökməyə və ya güzəştə getməyə məcbur edilə bilər. Bu, onu poza biləcək bir mexanizm deyil”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər