Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampdan Ukrayna ilə bağlı mesaj alıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ura.ru məlumat yayıb.
Qeyd olunur ki, Ağ Ev rəhbərinin Rusiya liderinə məktubunu noyabrın 11-də danışıqlar üçün Moskvaya səfər edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev çatdırıb. Putin və Tokayevin Kremldə müzakirə etdikləri konkret məsələlər hələlik açıqlanmayıb.
Rəsmi press-relizdə yalnız siyasətçilərin “xüsusi maraq doğuran” məsələləri müzakirə etməyi planlaşdırdıqları qeyd edilib. Ehtimal olunur ki, Ukraynadakı münaqişənin həlli iki liderin qeyri-rəsmi söhbətinin mövzularından biri ola bilər.