Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Tramp Makronun Parisdə görüş təklifini rədd etdi

1 dəq
Paylaş:
Tramp Makronun Parisdə görüş təklifini rədd etdi

ABŞ Prezidenti Fransanın Makronun Parisdə "Böyük Yeddilik" (G7) ölkələrinin iştirakı ilə görüş keçirmək təklifini qəbul etməyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Ağ Evdə keçirilən zamanı Tramp bu səfərin baş tutmayacağını qəti şəkildə bildirib.

O, qərarını Fransadakı siyasi vəziyyət və Makronun hakimiyyət müddəti ilə əlaqələndirib:

"Xeyr, mən oraya getməyəcəyəm. Çünki Emmanuel orada uzun müddət qalmayacaq və orada sabitlik yoxdur", - deyə Tramp qeyd edib.

ABŞ lideri həmçinin əlavə edib ki, Makronla şəxsi dostluq münasibətləri olsa da, o, prosesə birbaşa cəlb olunmuş şəxslərlə görüşməyə üstünlük verir.

Xatırladaq ki, yanvarın 22-də Parisdə G7 ölkələrinin görüşünü təşkil etməyi, həmçinin bu tədbirə Rusiya və Ukraynanı da dəvət etməyi təklif etmişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax