Əsas məzmuna keç

Tramp "New York Times"ın bağlanmasını səbirsizliklə gözləyir

Tramp "New York Times"ın bağlanmasını səbirsizliklə gözləyir

Ağ Ev rəhbəri "TruthSocial"da NYT-ni kəskin tənqid edərək, tirajı azalan nəşrin fəaliyyətini dayandırmasını arzulayıb. O, qəzeti niyə xalqın düşməni sayır?

ru en

ABŞ Prezidenti “New York ” qəzetinin bağlanmasını səbirsizliklə gözlədiyini bildirib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Tramp bu barədə “Truth Social” platformasında paylaşım edib.

O yazıb ki, “ağılı olan hər kəs üçün onların heç bir nüfuzu yoxdur — ən aşağı səviyyəli tabloiddir.

Tirajlarının kəskin şəkildə azalmasının nəticədə qapılarını bağlamağa məcbur edəcəyini səbirsizliklə gözləyirəm. Bu, Amerika üçün əla xəbər olardı!”

ABŞ lideri paylaşımında “New York Times” qəzetini “solçuların korrupsiyalaşmış, prinsipsiz və acınacaqlı ruporu” adlandırıb.

Qeyd edək ki, Tramp daha əvvəl də NYT-ni milli təhlükəsizliyə ciddi təhdid yaratmaqda ittiham edib, nəşrin yalan məlumat yaydığını bildirərək onu “xalqın əsl ” kimi xarakterizə etmişdi.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…