ABŞ prezidenti Donald Tramp Qrenlandiyaya olan ambisiyalarını Nobel Sülh Mükafatını ala bilməməsi ilə əlaqələndirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Tramp Norveçin Baş naziri Yonas Qar Störeyə mesaj göndərərək qeyd edib ki, Nobel mükafatından məhrum edildikdən sonra artıq yalnız sülh haqqında düşünmək məcburiyyətində deyil.
"Ölkənizin mənə səkkizdən çox müharibənin qarşısını aldığım üçün Nobel Sülh Mükafatını verməmək qərarına gəldiyini nəzərə alsaq, artıq yalnız sülh haqqında düşünməyə borclu deyiləm və artıq ABŞ üçün nəyin yaxşı və doğru olduğu barədə düşünə bilərəm", - o qeyd edib.
Trampın sözlərinə görə, Danimarka Qrenlandiyanı Rusiya və ya Çindən qoruya bilməyəcək:
"NATO yarandığı gündən bəri hər kəsdən daha çox iş görmüşəm və indi NATO ABŞ üçün bir şey etməlidir. Qrenlandiyaya tam nəzarət etməsək, dünya təhlükəsiz olmayacaq".